Avropa Şurası və Aİ Azərbaycanda 4,7 mln. avroluq layihələr həyata keçirəcək

Avropa Şurası və Aİ Azərbaycanda 4,7 mln. avroluq layihələr həyata keçirəcək


Oktyabrın 27-də Avropa Şurası və Avropa İttifaqının Bakı nümayəndəlikləri Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrin, o cümlədən Azərbaycan üçün yeni layihələrin təqdimatını keçirəcək, bu barədə Avropa Şurasının Bakı ofisinin məlumatında deyilir.

2015-2017-ci illərdə həyata keçiriləcək dörd layihənin əsas məqsədi KİV azadlığının və ifadə azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə və rüşvətxorluğun qarşısını alma imkanlarının gücləndirilməsi, Ədliyyə akademiyasının rolunun və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsinə həsr olunan xüsusi layihənin həyata keçirilməsidir.

4,7 milyon avro dəyərində olan bu layihələr Aİ və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir. AŞ-ın Bakı ofisinin rəhbəri Draqan Filippoviçin, Aİ missiyasının rəhbəri Malena Mardın və başqa şəxslərin iştirakı ilə AŞ tərəfindən əlaqələndirilən layihələr üzrə proqram əməkdaşlığı haqqında çərçivə sazişi təqdim ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...