Sabahdan yağışlar kəsiləcək

Sabahdan yağışlar kəsiləcək


Bakı və Abşeron yarımadasında oktyabrın 23-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...