Türkiyənin milli silahı Ermənistanın gözünü elə qorxutdu ki... - Müharibə olanda Azərbaycan alsa...

Türkiyənin milli silahı Ermənistanın gözünü elə qorxutdu ki... -
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla birgə hərbi təlimlərə başlaması və qardaş ölkənin hökumət rəsmilərinin “Bütün gücümüz və sahib olduğumuz silahlarla birgə Azərbaycanın yanındayıq” açıqlamaları Ermənistanı təşviş içində qoyub.

Publika.az xəbər verir ki, ermənilər Azərbaycanın Türkiyədən milli və yerli imkanlarla istehsal edilən “Bayraktar” pilotsuz uçuş aparatları tədarük etməsindən qorxur.

Hərbi ekspertlərin fikrincə, hər hansı hərbi münaqişə baş verəcəyi təqdirdə, Türkiyə Azərbaycan Ordusuna hərbi dəstəyini nümayiş etdirəcək və “Bayraktar” PUA-ları göndəriləcək silahlar arasında mütləq yer alacaq. Buna görə də indidən bu PUA-lara qarşı müdafiə mexanizmi axtarışına başlayıblar.

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində 12-16 iyulda gedən döyüşlər PUA-lara marağı daha da artırdığından ermənilər “Bayraktar”a qarşı qorxularını gizlətməkdə çətinlik çəkir.

Təsadüfi deyil ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi müzakirələrindən birində ekrana “Bayraktar TB2”nin ən məşhur görüntülərindən biri verilib və bu məqam obyektivlərə tuş gəlib.

Türkiyənin yerli istehsalla qlobal PUA bazarında özünə yer etməsi Ermənistanı çaşdıran məqamlardan biridir. Onlar “Bayraktar TB2” PUA-larının bu ilin fevral-mart aylarında Suriya ordusu ilə İdlib şəhərində döyüşlər zamanı istifadə edildiyi faktları araşdırmağa başlayıb. MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri, hərbi ekspert Vladimir Yevseev erməni mətbuatına açıqlamasında bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemlərinin zabitləri türk dronlarının zərərsizləşdirilməsi ilə bağlı təcrübələrini bölüşə bilərlər. Çünki yalnız onlar Suriya və Liviya müharibələrində bu ölüm saçan PUA-larla qarşılaşıblar.

Ermənistan Müdafiə Nazirliyi türk PUA-larının performans xüsusiyyətlərinin müzakirəsi barədə məlumata təsdiq və ya təkzib verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
716 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...