Rusiyalı alimlər özlərinə koronavirusa qarşı peyvənd vurdu

Rusiyalı alimlər özlərinə koronavirusa qarşı peyvənd vurdu
Rusiyalı mütəxəssislər koronaviursa qarşı peyvəndi ilk dəfə öz üzərlərində sınaqdan keçiriblər.

Cebhe.info xəbər verir ki, Epidemiologiya və Mikrobiologiy Elmi-Tədqiqat İnstitutunun əməkdaşları sınağın uğurlu keçdiyi barədə məlumat yayıb.

İnstitutun direktoru, akademik Aleksandr Hinsburq bildirib ki, peyvəndin tətbiqindən sonra hansısa neqativ təsir qeydə alınmayıb. O bildirib ki, pevəndi öz üzərlərində sınaqdan keçirənlər daha çox özlərini qoruyublar. Məqsəd pandemiya şəraitində daha yaxşı işləməkdir. Özünə peyvənd edən əməkdaşların sayı açıqlanmır.

Hələlik isə peyvənd rəsmən sınaq mərhələsindədir. Könüllülər üzərində sınaq Səhiyyə Nazirliyinin müvafiq icazəsindən sonra başlayacaq. Rusiyalı mütəxəssislərin istifadə etdiyi vektor peyvənd gen mühəndisliyi nəticəsində əldə edilir. Akademeik bildirib ki, hazırda ölkədə ümumilikdə koronavirusa qarşı 47 peyvənd üzrində iş gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...