Azərbaycanda yeni radionun açılması üzrə müsabiqəyə iki şirkət sənəd verib

Azərbaycanda yeni radionun açılması üzrə müsabiqəyə iki şirkət sənəd verib
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə iki şirkət sənədlərini təqdim edib.

Bunu “Report”a MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq:
“Təbii ki, maraqlananlar çoxdur. Amma rəsmi qaydada müraciət edənlərin sayı ikidir”.

Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək (şənbə və bazar günləri istisna оlmaqla) davam edəcək. Sənədlər MTRŞ-nin inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...