Prezidentin müşavirəsində ürəyi gedən icra başçısı haqda maraqlı faktlar - ilginc iddia

Prezidentin müşavirəsində ürəyi gedən icra başçısı haqda maraqlı faktlar -
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Yenisabah.az-a müsahibəsində maraqlı fakt açıqlayıb. AVP sədri bildirib ki, 4-5 il əvvəl ölkə başçısı İlham Əliyevin keçirdiyi müşavirədə icra başçılarından birinin ürəyi gedib. Lakin o, ad çəkməyib.

“Mənin yadıma gəlir ki, 4-5 il əvvəl ölkə başçısı Biznes Mərkəzində keçirdiyi müşavirədə icra başçılarını çox ciddi şəkildə tənqid etmişdi. Eyni zamanda onlara sərt xəbərdarlıq olunmuşdu. O zaman müşavirədə iştirak edənlərdən bəzilərinin söylədiklərindən, mediada gedən xəbərlərdən aydın olurdu ki, hətta həmin müşavirədə icra başçılarından birinin ürəyi gedib”, -deyə Fəzail Ağamalı bidirib.

Yenisabah.az-ın apardığı araşdırmalar nəticəsində bəlli olub ki, söhbət Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevdən gedir. Prezident İlham Əliyevin keçirdiyi həmin müşavirə isə 2013-cü ilin fevral ayına təsadüf edir. O zaman mediada gedən xəbərlərə görə, ölkə başçısı müşavirədə İsmayıllının o zamanki icra başçısı Nazim Ələkbərovu, İmişlinin icra başçısı Vilyam Hacıyevi və Elmar Vəliyevi sərt tənqid edib. Bu zaman Elmar Vəliyevin burnundan qan açılıb və o özündən gedib. Hadisə yerinə təcili yardım çağırılıb.

O zaman yayılan məlumatlarda iddia edilirdi ki, ölkə başçısının Elmar Vəliyevlə kəskin danışması keçmiş icra başçısının Gəncədə ciddi narazılıq yaradan əməlləri və mərhum polis generalı Rasim Musayevlə bağlı insident olub.

Rasim Musayev Gəncənin polis rəisi olub. 20 Yanvar facisəsinin anım günü Elmar Vəliyev Gəncənin bir sıra şəxslərinə hücum edib. Bu isə şəhərdə gərginliyə səbəb olub. Rasim Musayev bununla bağlı Elmar Vəliyevlə görüşüb. Lakin tərəflər arasında mübahisə yaranıb və onlar əlbəyaxa olublar. O zaman yayılan məlumatlarda bildirilirdi ki, Rasim Musayev baş zərbəsi ilə Elmar Vəliyevi yerə sərib. Bundan sonra isə işdən çıxması barədə raport yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
617 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...