Dağlıq Qarabağda Ermənistan hərbçisi yaralanıb

Dağlıq Qarabağda Ermənistan hərbçisi yaralanıb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi Hayk Xaçatryan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

BAKU.NEWS RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə Dağlıq Qarabağın şimal-şərqində baş verib.

Hərbçinin hansı şəraitdə yaralandığı məlum deyil.

Hospitala yerləşdirilən H.Xaçatryanın vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, onun görməsində problem var.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...