Məmməd Səid Ordubadi masaj salonunun “kölgəsində” qaldı – FOTO

Məmməd Səid Ordubadi masaj salonunun “kölgəsində” qaldı –
Bakıda növbəti biabırçı bir mənzərə qeydə alınıb. Təhsil eksperti Etibar Əliyevin təqdim etdiyi fotodan görünür ki, məşhur Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin bir vaxtlar yaşadığı binada onun şərəfinə qoyulan barelyef masaj salonunun vinilli reklamının fonunda görünməz hala salınıb. Etibar Əliyev bu biabırçı mənzərəni bir cümlə ilə şərh edib: “Böyük biabırçılıq… Artıq massaj salonları yaddaqalan ünvanlara çevrilir”. Azinforum.az qeydə alınan fotonu təqdim edir və ümidvar olduğunu bildirir ki, əlaqədar qurumlar tez bir zamanda bu xoşagəlməz mənzərəni aradan qaldıracaqlar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...