Samir Şərifov: “907-ci düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər”

Samir Şərifov: “907-ci düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər”
Bakıda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası işə başlayıb.
“Report”un məlumatına görə, tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov sonuncu iclasında 7 il bundan əvvəl keçirildiyini xatırladıb.
“İnanıram ki, bundan sonra bu cür tədbirlər mütəmadi keçiriləcək”, - nazir qeyd edib.
S.Şərifovun sözlərinə görə, bu günə qədər ABŞ Azərbaycana 13,6 mlrd. dollar, Azərbaycan isə ABŞ-a 8,2 mlrd. dollar investisiya qoyub. Ötən il ABŞ-ın Azərbaycana ixracının dəyəri 530 mln. dollar, Azərbaycanın ABŞ-a ixracının dəyəri isə 330 mln. dollar təşkil edib.
“Bu rəqəmlər daha yüksək ola bilərdi. İki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan ABŞ-ın Qafqaz regionunda ən böyük tərəfdaşıdır. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində ABŞ Azərbaycana hər zaman dəstək olub. Bu gün ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində verdiyi dəstək əvəz olunmazdır. Bununla belə, iki ölkənin siyasi və iqtisadi əlaqələrinə kölgə salan məsələlər də mövcuddur. Məsələn, 907-ci düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər. Buna və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə ümid edirik”, - nazir qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...