Azərbaycanda peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək

Azərbaycanda peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək
Azərbaycanda peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişikliklər edilir.

Bu dəyişikliklərə əsasən, dövlət və bələdiyyə ümumi təhsil peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunacaq. Bu, peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Hazırda yalnız ümumi təhsil müəssisələrində oxuyanlar dərsliklərlə pulsuz təmin olunurlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...