Bir neçə bankdan kredit götürənlərin NƏZƏRİNƏ! – BORCUNUZ BELƏ HESABLANACAQ

Bir neçə bankdan kredit götürənlərin NƏZƏRİNƏ! –

Tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov problemli kreditlərlə bağlı prezident fərmanının necə tətbiq olunacağı barədə yaranmış bir sıra suallara aydınlıq gətirib.
Gundeminfo.az xəbər verir ki, V.Bayramov ona bu barədə ünvanlanan sualları qruplaşdıraraq cavablayıb:

- Bir şəxs bir neçə bankdan kredit götürübsə, o zaman kompensasiya məbləği necə hesablanacaq?
- Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşlarımızın keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Bu zaman devalvasiya baş verən zaman əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa, o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollardan, digərindən 6 min dollar kredit götürüb və bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək.

- Lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulubmu?
- Sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.

- Dollar krediti üzrə öhdəliyi kredit götürən deyil, zamin ödəyibsə, o zaman kompensasiya kimə ödəniləcək?
- Qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əmək haqqısından tutulub. Bu zaman fərdi qaydada zamin müraciət edib, məsələyə baxılmasına nail ola biləcək.

- Kompensasiya məbləğini elektron hesablamaq mümkündürmü?
- Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Bu keçidə daxil olmaqla kompensasiya məbləğlərinizi hesablaya bilərsiniz: https://pk.fimsa.az/az/calculator Elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək.

- Ləğv olunmuş banklarda olan kreditlər üzrə kompensasiyaları necə almaq mümkün olacaq?
- Fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlarımız da kompensasiyadan yararlanacaqlar və bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi sizinlə də əlaqə saxlanılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...