Günəşliyə metro çəkilir? - İcra hakimiyyəti söküntüyə başlayır, “Metropoliten” təkzib edir

 Günəşliyə metro çəkilir? - İcra hakimiyyəti söküntüyə başlayır,

Bu gün səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivində yaşayan sakinlərlə icra hakimiyyətinin nümayəndələri arasında qarşıdurma olub.

BakuPost xəbər verir ki, bu barədə Günəşli sakini Samir Əfətli sosial şəbəkədə məlumat verib. O bildirib ki, səhər saatlarında icra nümayəndələri massivdəki 9, 10, 11, 12, 13, 14 nömrəli hündürmərtəbəli binalarda siyahıyaalma prosesinə başlayıb. Sakinlərə bildirilib ki, siyahıya aldıqları binalar söküləcək. Səbəb kimi isə bu ərazidə yeni metro stansiyasının tikiləcəyini göstəriblər. Hətta səlahiyyətli şəxslər özləri ilə texnika da gətiriblər. Evi plana düşən sakinlər isə narazı olduqlarından, siyahıya alma prosesinə mane olmağa çalışıblar. Bundan sonra isə tərəflər arasında gərginlik yaranıb.

Məsələ ilə bağlı BakuPost-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, həmin ərazidə Metro çıxışının tikilməsi barədə deyilənlər yalandır. Onun sözlərinə görə qurum icra hakimiyyətinə bununla bağlı hər hansı müraciət etməyib: "Biz həmin ərazidə iş aparmırıq. Bu səbəbdən "Bakı Metropoliteni"ndən icra hakimiyyətinə hər hansı müraciət göndərilməyib”.

Suraxanı rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı mövqe öyrənə bilmədik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...