Zaur Axundov futbolçularının həbsindən danışdı

Zaur Axundov futbolçularının həbsindən danışdı

“Keşlə”nin prezidenti Zaur Axundov futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun həbsinə münasibət bildirib. “Qafqazinfo”ya açıqlama verən klub rəsmisi məlumatı təsdiq edib.

O bildirib ki, hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir və rəsmi məlumat yayacaqlar: “Biz dəfələrlə oyun alqı-satqısının qarşısını almaq üçün seminarlar keçirmişik. Dəfələrlə demişik ki, belə şeylər olmamalıdır. Bu seminarlarda hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər. Yəqin ki, indi onlarda hansısa məlumat var ki, Nizami və Mirhüseyni həbs ediblər. Biz də polisdən cavab gözləyirik”.

Axundov klub tərəfindən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmadığını bildirib: “Yox, biz heç kimə bu barədə nəsə deməmişik. Sadəcə onlar özləri araşdırırlar. Hələlik yalnız 2 futbolçunu həbs ediblər. Hər şey ola bilər. Qoy bu hamıya dərs olsun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1033 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...