Zakir Həsənov Sarkisyanın köməkçisini pərt etdi - Bayrağımıza qarşı hörmətini belə göstərdi

Zakir Həsənov Sarkisyanın köməkçisini pərt etdi -

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin müdafiə nazirlərinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə oktyabrın 12-də Düşənbə şəhərində keçirilən görüşündə iştirak edib.

Bu görüşün sonunda iştirakçıların çəkdirdiyi foto dünya mediasında xəbər olub. Belə ki, rəsmi foto çəkdirmə mərasimi vaxtı General – polkovnik Zakir Həsənov erməni nümayəndə ilə yanaşı durmaqdan imtina edib. GoldNews.Az sözügedən görüntüləri təqdim edir:

Zakir Həsənov Sarkisyanın köməkçisini pərt etdi

Qeyd edək ki, oxşar hadisə ötən il də yaşanıb. Belə ki, 30 noyabr 2016-cı ildə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Müstəqil Dövlətlər Birliyinin (MDB) müdafiə nazirləri Şurasının iclasında iştirakı zamanı maraqlı an yaşanıb.

İclasın sonunda çəkilən şəkildə Zakir Həsənovun Ermənistanın Müdafiə naziri Vigen Sarkisyandan uzaq məsafədə dayanıb. Zakir Həsənovun erməni nazirdən uzaq dayanması şəkildə açıq formada görünür. Nazirin erməni həmkarından uzaqda dayanması isə Azərbaycan bayrağının tam şəkildə fotoda əks olunması ilə nəticələnib. Müdafiə nazirləri şurasının iclası Moskvada keçirilib. Müdafiə Nazirliyinin yaydığı həmin şəkili oxuculara təqdim edirik.


Zakir Həsənov Sarkisyanın köməkçisini pərt etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...