"Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi 7-10 gün çəkəcək"

"Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi 7-10 gün çəkəcək"

"Bu gün səhər saat 11-də Lütfi Zadənin nəşini meyitxanaya yerləşdirdilər. Onun Bakıya gətirilməsi üçün sənədləşmə təqribən 7-10 gün çəkəcək. Alimin nəşinin Azərbaycana gətirilməsi Meyitxana xidməti ilə həyata keçiriləcək”. Bunu APA-ya açıqlamasında dünya şöhrətli alim Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.

Onun sözlərinə görə, Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi təqribən 16-17 sentyabra gözlənilir: "Sentyabr ayının 6-da, Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 97 yaşında dünyasını dəyişdi. Bütün bu 2 ayı mən onun yanında olmuşam, bir övlad kimi qayğı göstərmişəm.

O, sentyabrın 5-ə kimi özünü yaxşı hiss edirdi, hətta bizim onunla birgə layihəmizin üzərində mənə məsləhətlər verirdi, bəzi vacib e-mailləri cavablandırmaq üçün mənə diktə edirdi. Ancaq sentyabrın 5-də Lütfi Zadə danışmadı və bu gün rahat, ağrısız dünyasını dəyişdi. Lütfi məndən xahiş etdi ki, müsəlman qaydası ilə, meyit namazı qılınmaqla basdırılsın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...