“Prezidentə siyahı vermişik, 15 iyunda əfv sərəncamı gözləyirik”

“Prezidentə siyahı vermişik, 15 iyunda əfv sərəncamı gözləyirik”

"Biz siyahını hazırlayıb prezidentə vermişik, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi bütün şəxslərin adı bu siyahıda mövcuddur. Ölkəmizdə olan siyasi məhbusların azad olunması üçün əlimizdən gələn hər şeyi etməkdəyik. 15 iyun Qurtuluş Günündə əfv olacağını gözləyirik.”

Modrator.az-ın verdiyi xəbərə görə, bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu 15-iyun Qurtuluş Günündə ola biləcək əfv ehtimalları barədə danışarkən deyib. Qeyd edək ki, son günlər cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də Qurtuluş Günündə ölkədə əfv olub-olmaması ilə bağlıdır. Bir çox hüquq müdafiəçiləri Azərbaycanda baş tutan Avropa Oyunları, eləcə də Qurtuluş Günü ilə əlaqədar olaraq 15 iyun tarixində əfv sərəncamının imzalanacağı haqda proqnozlar verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...