I Avropa Oyunları ilə əlaqədar sabahdan Bakının bəzi küçə və prospektləri bağlanacaq

I Avropa Oyunları ilə əlaqədar sabahdan Bakının bəzi küçə və prospektləri bağlanacaq

Sabah, 12 iyun paytaxt Bakı I Avropa Oyunlarının açılışına ev sahibliyi edəcək.

Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimi ilə əlaqədar paytaxtın bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Beləliklə, sabah saat 16:00-dan gecə saat 02:00-dək nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar aşağıdakılardır:

- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;

- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1102 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...