Ələt-Astara yolundakı körpü iki günlüyə bağlandı

Ələt-Astara yolundakı körpü iki günlüyə bağlandı

Xəbər verdiyimiz kimi, Ələt-Astara avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü mayın 28-də qəzalı vəziyyətə düşüb. Səbəb normadan artıq yüklənmiş ağır tonnajlı maşınlar körpüdən keçəndən sonra onun qəzalı vəziyyətə düşməsi idi. Qəza nəticəsində 90 metrlik körpünün hərəkət zolaqlarından biri təmirə dayandırılmış, buna görə də avtomobillərin hərəkətində məhdudiyyətlər yaranmışdı.

Körpünün sıradan çıxmış 4 tirinin bərpasının isə 10 günə yaxın çəkəcəyi gözlənilirdi. Bərpa işlərini Azərbaycanda ən böyük körpü inşaatçısı olan “EVRASCON” şirkəti həyata keçirir.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, bu gündən - iyunun 3-dən etibarən isə körpüdə bərpa işləri ilə əlaqədar burada hərəkət iki günlüyə tamamilə dayandırılıb. Bu yoldan istifadə edənlərə alternativ yol təklif edilir. Qeyd edək ki, yolun DYP tərəfindən tənzimlənməsi nəticəsində yolda tıxac yoxdur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...