Marketlərdə aldatmalar başlayıb - Vətəndaşlara xəbərdarlıq

Marketlərdə aldatmalar başlayıb -
Qarşıdan yeni il gəlir. Bayram günləri vətəndaşların ən çox aldandığı zamanlardır. Bu mövzuda vətəndaşlara nə tövsiyə olunur? Vətəndaşlar nələrə diqqət etməlidir ki, qiymət və keyfiyyət cəhətdən aldanmasınlar?

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, tələbat çox olduqda biznes qurumları istehlakçılara mal satmaqla bərabər, onları həm də aldadır:

“Bu günlərdə saxta, istifadəyə yararsız mallar insanlara satılır. Xüsusən ərzaq mallarında insanlar diqqətli olmalıdır. Burada əsas məsələlərdən biri rəfdəki qiymətlə kassadakı qiymətin fərqli olması amilidir. Yəni qiymət rəfdə aşağı, kassada isə yuxarı olur. Bu geniş yayılmış istehlakçı problemlərindən biridir. Təəssüflər olsun ki, bu məsələlərə nəzarət etməli olan dövlət qurumu prosesləri izləməklə kifayətlənir. Belə hallar olduqda vətəndaşlar aldanmamaq üçün sonda mütləq çekə, kartla ödəniş edilibsə də mobil tətbiqə baxsınlar. Əgər çekdəki mallarla alınan məhsullar üst-üstə düşmürsə, çekin və məhsulların yerində şəklini çəksin. Prolemi yerində həll etmək istəyirsə, müdiriyyəti çağırsın. Yaxud da vətəndaş fəallığı göstərmək istəsələr, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlayaraq çəkdikləri fotoları oraya göndərə bilərlər. Eyni zamanda həmin qurumun "qaynar xətti"nə də şikayətlərini çatdıra bilərlər”.

E.Hüseynovun sözlərinə görə, dövlət qurumları əgər bu işə nəzarət edərsə, həmin dükanları ciddi cərimələr gözləyir:

“Xüsusilə kartla ödəniş zamanı istehlakçılar problemlər yaşayır. Bu zaman hətta istehlakçıya almadığı mal satılır. Məsələn, bununla bağlı sonuncu şikayət marketdə alınan tərəvəz yerinə bahalı ekzotik meyvənin qiymətinin vurulması ilə bağlıdır. Əgər istehlakçı buna diqqət etməsəydi, baha qiyməti də ödəyib evinə gedəcəkdi. Həmin çek Azad İstehlakçılar Birliyinə göndərilib. Belə hallarda istehlakçı çox diqqətli olmalıdır. Vətəndaşlar çeki uzun müddət s



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...