Laçına köçürülənlər arasında narazılıq: Qiymətlər bahadır, yaşamaq olmur
"Laçından, Zəngilandan və digər işğaldan azad olunmuş rayonlardan “Böyük Qayıdış”la bağlı həyəcanlı xəbərlər gəlir. İnsanların doğma yurd-yuvalarında rahat yaşayışları üçün şərait yetərincə deyil. Bu səbəbdən köç edənlərin bir çoxlarının yenidən Bakıya qayıtdıqları deyilir".
Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə tanınmış jurnalist İlham Tumas bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə ictimai-iaşə qiymətlərindən tutmuş, dükanlardakı qiymətlərə qədər hər şey qan bahasınadır, əhalinin isə təsərrüfatla məşğul olmağa icazəsi və imkanı yoxdur:
"Bu gedişlə hamı oralardan perik salınacaq, insanların da illər uzunu çəkdikləri yurd həsrəti, torpaq nisgili acı zəqquma çevrilib boğazımıza keçəcək. Yoxsa kimlərsə “Böyük Qayıdış” adıyla böyük pullar qazanır, xəbərimiz yoxdur? Yoxsa kimlərsə minlərlə şəhidimizin qanı bahasına azad olunmuş yerlərə qayıdanlara xidmət eləmək əvəzinə bahalı restoranlar qurub alver edir? Yoxsa kimlərsə qanla yoğrulan bu torpaqları özəlləşdirib dədəsinin torpağı kimi istifadə etmək niyyətindədir? Bütün bu “yoxsa”ların cavabı “Böyük Qayıdış”a birbaşa cavabdeh şəxslərdədir! Cavab versinlər!"
Məsələ ilə bağlı hazırda Laçında yaşayan Qəzənfər Hüseyn də açıqlama verib. O, bu il iyulun 31-dən Laçın şəhərində yaşadığını bildirib:
"Şəhərdə bir il ərzində xeyli yaxşı işlər görülüb. Bununla yanaşı yol verilən nöqsan və çatışmazlıqlar da mövcuddur. Məskunlaşan əhaliyə və bərpa-inşaat işlərində çalışanlara ticarət xidməti göstərən "Rahat" market və bir kiçik market fəaliyyət göstərir. Bəli, burada qiymətlər çox bahadır, təkcə şəkər tozunun qiyməti yadımdadır: 1 kiloqramı 2.20 manat".
Qəzənfər Hüseyn qeyd edib ki, şəhərdə 3 kafe fəaliyyət göstərir:
"Onlardan ikisi Bakıdan gələn "şura hökümətinin" nəzarətindədir, qiymətlər Bakıdan fərqli deyil. Həkəri çayının kənarında salınmış çay-bulvarda bir çaynik sadə çay 2 manat, mürəbbə və ya plitka şokaladlı bir çaynik çay isə 6 manatdır".
Laçin sakini rayonda evlərin bərpası məsələsinə də toxunub:
"Evlərin bərpasında ən böyük səhv odur ki, burada daimi yaşamaq arzusunda olanlar müəyyənləşmədən evlər bərpa edilib, nəticədə ikili sakinlik faktları yaranıb. Laçına indiyə qədər köçürülən 1205 nəfərdən burada faktiki 500-600 nəfər ancaq var. Rayon ictimaiyyəti qarşısında xidməti olanlar və Qarabağ qazilərinin evlərinin bərpa edilməsi, onların Laçına köçürülməsi də demək olar ki, unudulub. Şəhərdə bərpa-inşaat işləri aparan podratçı firmalardan işlərinə məsuliyyətsiz yanaşanlar da var, bir çox evlərdə olduqca keyfiyyətsiz işlər aparılıb".
Qəzənfər Hüseynin sözlərinə görə, şəhəri yaxşı tanıyan az adam ümumi işə cəlb edilib:
"Belə görünür ki, Laçın rayonunda kəndlərin birləşdirilməsi və inşa edilməsi işlərində rayonu yaxşı tanıyanların məsləhətindən istifadə edilməlidir. Amma rayonu xəritədən tanıyanların məsləhətindən istifadə edilir. Laçın şəhərini yaxşı tanıyan cəmi iki nəfər şəhərimizdə baş sifarişçi kimi bərpa işlərində fəaliyyət göstərən "Bakı Abadlıq" MMC-də işə cəlb edilib. Ona görə də bərpada bir çox qarışıqlıqlar yaranıb. Belə ki, qonşuların həyətləri bilməyərəkdən zəbt edilib. Ən pisi də odur ki, ayrı-ayrı podratçı firmalar Laçında apardıqları bərpa-təmir işlərini yarımçıq qoyaraq Xocalı və digər rayonlarımızda iş dalınca qaçıblar. Yəqin ki, Azərbaycan prezidentinin Laçın rayonu üzrə səlahiyyətli nümayəndəliyi nəzdində yenicə yaradılmış publik hüquqi şəxs kimi fəaliyyətə başlayacaq tikinti-bərpa təşkilatı yol verilmiş nöqsan və çatışmazlıqların təkrarlanmasına imkan verməyəcək.
Mən Laçının bərpası haqda pessimist fikirdə deyiləm. Əminəm ki, şəhərimiz daha gözəl olacaq.
Yaxşı olar ki, mətbuat orqanları subyektiv fikirlərə əsaslanan məlumatlara istinad etməkdənsə, məsələləri yerində araşdırıb, həqiqətin ortalığa çıxarılmasına və ictimailəşməsinə nail olsunlar".
487 dəfə oxundu