Lukaşenko əsəbləşdi: "Bu biabırçılıqdı"

Lukaşenko əsəbləşdi: "Bu biabırçılıqdı"

Belarus xokkeyçilərinin məğlubiyyəti Lukaşenkonu özündən çıxarıb. Avropa.info xəbər verir ki, Belarus prezidenti xokkeyçilərinin istedadsız oyununu “rüsvayçılıq” adlandırıb:

“Bu rüsvayçılıqdır. Yeddi-sıfır, doqquz-sıfır! Biz pley-ofa çıxmışıq. Nə qədər demək olar, axı. Çıxmışıqsa, qələbə çalmalıyıq!”
Lukaşenkonun dediyinə görə, kanadalılar oyunda beloruslar Dünya Çempionatı ilə bağlı onun bütün gözləntilərinin üzərindən xətt çəkdilər. Qeyd edək ki, Belarus xokkey komandası Çexiyada keçirilən Dünya Çempionatında iştirakını başa vurub. Dörddə bir finalda Kanadaya (0:9) hesabı ilə uduzan komanda qrup oyununda ruslara (0:7) uduzmuşdu.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...