Ruslara Antalyanın əvəzinə “Cəhənnəm turları” təklif olunur

Ruslara Antalyanın əvəzinə “Cəhənnəm turları” təklif olunur


Rusiyanın “Megapolis” turizm agentliyi Suriyaya səfərlər təşkil etməyi planlaşdırır. Səyahətçilər vətəndaş müharibəsinin ön cəbhəsinə səfər etmək şansı qazanacaqlar. “Novaya Gazeta” bunu patent şirkətinin rəhbəri Anatoli Aronova istinadla yazır. Türkiyə Suriya ilə sərhəddə Rusiyanın Su-24 bombardmançısını vurandan sonar Rusiya turizm şirkətləri Türkiyə kurortlarına tur-paketlərin satışını dayandırıb. İndi isə ruslara Antalyanın əvəzinə “Suriya cəhənnəminə” səyahət təklif olunur.

Aronov deyir ki, “Megapolis” agentliyi “Əsəd turları” adının qeydiyyata alınması üçün müraciət edib. 3-4 nəfərlik qrupların səfərləri 4-5 gün çəkəcək və adambaşına təxminən 1500 dollara başa gələcək. Buraya bilet və qalma xərcləri daxildir. Şirkət rəhbərinin sözlərinə görə, bu turlar rusiyalılara üç şeydən zövq almaq imkanı yaradacaq: Suriyadakı rus əsgərlərinin varlığından; Rusiya universitetlərində təhsil almış və rusca danışan suriyalıların sayından və pul qazanmaq xətrinə rusiyalıları qonaqlamaq istəyən suriyalıların çoxluğundan.

Aronov Suriyada cəbhə xəttinə turist səfərlərinin gəlirli sahə olmayacağını etiraf edir. Ancaq şirkət artıq Suriyada otellər və nəqliyyat xidmətləri ilə danışıqlara başlayıb. Suriya səfirliyinə, aidiyyəti nazirliklərə də rəsmi məktublar yazılıb. “Megapolis” səfərlərin həyata keçirilməsinə icazə almaqda problem yaranmayacağını düşünür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...