Kreml Ərdoğanın təklifinə cavab verdi

Kreml Ərdoğanın təklifinə cavab verdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml istənilən ölkənin Ukraynadakı vəziyyəti həll etmək səylərini alqışlayır. Əgər Türkiyə Kiyevə təsir göstərə və onu Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə sövq edə bilsə, bu, yalnız alqışlana bilər.

“Biz Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Minsk razılaşmalarının icrası prosesinin Kiyev tərəfindən dayandırılması ilə bağlıdır. Əgər türkiyəli tərəfdaşlarımız ukraynalılara təsir göstərə və onları əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə və öhdəlik götürməyə təşviq edə bilsələr, bu, ancaq alqışlana bilər”, - deyə Peskov qeyd edib.

Daha əvvəl Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskini fikir ayrılıqlarını müzakirə etmək və həll etmək üçün Türkiyəyə səfərə dəvət etdiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...