Hazırda 52 ölkədə vaksinasiya aparılır - ÜST

Hazırda 52 ölkədə vaksinasiya aparılır -
“Dünyada koronavirusa qarşı vaksinasiya dekabrın əvvəllərindən başlayıb".

Bunu APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bunlar 7 müxtəlif vaksindir: “52 ölkədə vaksinasiya başlayıb. 41 ölkədə tək növ, 11 ölkədə isə 2 fərqli peyvənddən istifadə olunur. İndiyə qədər ən çox istifadə olunan, 44 ölkədə tətbiq edilən Pfizer/BioNTech vaksinidir. 6 ölkədə Moderna, 4 ölkədə Sinopharm, 3 ölkədə Sputnik V, 3 ölkədə CoronoVac, 1 ölkədə isə Kovaksin, Covishield vaksini tətbiq olunur”.

Onun sözlərinə görə, ÜST indiyə qədər yalnız Pfizer/BioNTech vaksinini təsdiq edib: “Yaxın zamanda Moderna, Covishield və Sinopharmla bağlı araşdırmaların nəticəsi də ÜST tərəfindən açıqlanacaq”, - deyə H.Harmancı əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...