ABŞ virusun yayılmasına baxmayaraq iqtisadiyyatı açacaq

ABŞ virusun yayılmasına baxmayaraq iqtisadiyyatı açacaq
ABŞ-ın vitse-prezidenti Mayk Pens ölkənin bəzi bölgələrində yoluxmaların artmasına baxmayaraq, ştatların iqtisadiyyatı açmağa davam edəcəyini bildirib.

"Qafqazinfo" "İnterfaks"a istinadən xəbər verir ki, Mayk Pens bu barədə koronavirusla mübarizə üzrə işçi qrupu ilə keçirilən brifinqdə açıqlama verib: "ABŞ xalqının həyatını və sağlamlığını qorumaq üçün lazımi tədbirləri görməklə yanaşı, ABŞ-ın özünü də irəli aparmaq istəyirik".

O qeyd edib ki, ölkənin bütün 50 ştatı təhlükəsiz və məsuliyyətli şəkildə açılmağa davam edir. Pens Nyu-York və Nyu-Orlean kimi epidemioloji cəhətdən əlverişsiz ərazilərdə insanların işlərinə geri qayıtmasında "fövqəladə irəliləyiş" əldə olunduğunu bildirib.

Koronavirusla bağlı vəziyyətdən danışan vitse-prezident ölkənin cənubunda yeni yoluxmalarının sayının sürətlə artdığını etiraf edib.

Bununla belə o bu artımı test sayının çoxalması ilə əlaqələndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...