İraqda koronavirusa ilk yoluxma halı aşkarlanıb

İraqda koronavirusa ilk yoluxma halı aşkarlanıb

İraqda yeni koronavirusa ilk yoluxma halı aşkarlanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, Nəcəf şəhərində iranlı tələbədə koronavirus aşkar edilib.

Bildirilib ki, İran vətəndaşı koronavirusa yoluxması ilə əlaqədar karantinə alınıb və hazırda müalicə aparılır.

Xatırladaq ki, bundan əvvəl İraq hökuməti ilk koronavirusa yoluxma halının aşkarlandığı Küveytlə sərhəddəki Səfvan buraxılış məntəqəsini bağladıqlarını bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
466 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...