NATO baş katibi: “Müttəfiqlərin bəzi məsələlərlə bağlı fikir ayrılıqları var”

NATO baş katibi: “Müttəfiqlərin bəzi məsələlərlə bağlı fikir ayrılıqları var”


“Sammit konstruktiv və çox məhsuldar şəraitdə keçirildi. Çox yaxşı atmosfer var idi”.

APA-nın NATO-nun sammitində iştirak üçün akkreditə olunmuş London müxbirinin xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq sammitdən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasına münasibət bildirən baş katib bildirib ki, bu, Türkiyənin qərarıdır: “Bəzi müttəfiqlər bununla bağlı öz narahatlıqlarını bildiriblər. Mən də bu qərarın nəticələri ilə bağlı öz narahatlığımı bildirmişəm. Onu deyə bilərəm ki, S-400 NATO sisteminə inteqrasiya olmayıb”.

Y. Stoltenberq müttəfiqlər arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqları olduğunu da qeyd edib: “Unutmamaq lazımdır ki, biz müxtəlif tarixə, coğrafiyaya məxsus olan 29 müttəfiq ölkədən ibarətik. Ona görə, hər hansı məsələlərdə fikir ayrılıqları ola bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...