İslam Kərimovun mühafizə edən general həbs olundu

İslam Kərimovun mühafizə edən general həbs olundu

Özbəkistanın eks-prezidenti İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri general-mayor Muicona Toxiriy həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.

Hazırda Toxiriylə bağlı istintaq tədbirləri aparılır.

Qeyd edək ki, Toxiriy 2013-cü ildən 2016-cı ilə qədər Kərimovun təhlükəsizlik xidmətinin rəhbəri olub. Bundan öncə isə o, Özbəkistanın "boz kardinal"ı sayılan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnayətovun müavini kimi fəaliyyət göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...