“Paşinyan dilənçi kimi ondan bundan investisiya istəyir” David Şahnazaryan

 “Paşinyan dilənçi kimi ondan bundan investisiya istəyir”

“Ermənistanın hazırkı baş naziri korrupsiyadan hər yerdə danışıb demaqogiya ilə məşğul olur. 35 min dollarlıq tenderi udan baş nazirin müavini Tiqran Avinyan isə hələ həbsə atılmayıb. Rüşvətxorluğa qarşı heç bir real addımdan söhbət gedə bilməz. Yalnız quru təbliğat...”.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə keçmiş nümayəndəsi, keçmiş milli təhlükəsizlik naziri, hazırda Serj Sərksiyanın Ermənistan Respublika Partyasından namizədliyin irəli sürən David Şahnzazaryan səsləndirib.

David Şahnazaryan mənsub olduğu siyasi düşərgədə bir çoxlarının söylədiyinin əksinə olaraq, indiki iqtidarın kadr qıtlığı çəkmədiyini bildirib.

“Nə üçün iqtidarın kadrları bu qədər fərsiz görünür. Ona görə ki, onların konkret siyas xətti, siyasi oriyentaiyası yoxdur. Bu adamların qarşısına guya öncə investisiyalar cəlb emtək, sonra siyasi vəzifələrin öhdəsindən gəlmək, ən sonda isə ERP-i bitirməyi qoymuşdular. Lakin onlar həmişə hədəfi bir-birinə qatırlar. Paşinyan dilənçi kimi ondan-bundan investisiya istəyir. Bu isə mümkün deyil, investora qanunilik lazımdır”,-deyə David Şahnazaryan qeyd edib.

Şahnazaryan Paşinyanın son mətbuat konfransında söylədiklərinə də toxunub. Həmin konfransda baş nazir onun yanına maşınlarının rəngini dəyişmək istəyən adamların da gəldiyini söyləmişdi.

“Ona görə ki sənin təyin etdiyin nazilər hamısı bürokratdan başqa bir şey deyil. Onlar qərar qəbul edə bilmirlər”,-deyə Şahnazaryan sölyəyib.

David Şahnazaryan keçmiş iqtidarın ən böyük səhvinin xalqdan aralı düşmək olduğunu bildirərək, Paşinyanın bu məsələdə daha da irəli getdiyini iddia edib. Onun fikrincə, Serj Sərkisyan indikilərdən fərqli olaraq heç olmasa xarci siyasətdə Ermənistan üçün doğru addımlar ata bilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
563 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...