İran prezidenti: “İraq və Suriyada İŞİD üzərində qələbə qazanmışıq”

İran prezidenti: “İraq və Suriyada İŞİD üzərində qələbə qazanmışıq”

“İraq və Suriyada İŞİD üzərində qələbə qazanılıb”.

APA-nın Press TV telekanalına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.

Qeyd edək ki, bundan öncə bu münasibətlə İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani İran liderini təbrik edib.

Rusiya prezideni Vladimir Putin isə suriyalı həmkarı Bəşər Əsədlə Soçidə keçirdiyi görüşdə bəyan edib ki, Suriyada terrorçulara qarşı əməliyyat sona çatmaq üzrədir: “Yekun qələbəyə hələ çox var. Suriyada terrorçulara qarşı birgə mübarizəmizə gəldikdə isə bu hərbi əməliyyat yekunlaşmaq üzrədir. İndi əsas məsələ siyasi nizamlanma prosesinə keçid etməkdir. Dəməşq sülh və sabitlik istəyənlərlə işləməyə hazırdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...