Saakaşvili: Ukraynanın baş naziri olmağa hazıram

Saakaşvili: Ukraynanın baş naziri olmağa hazıram
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Yeni Qüvvələr Birliyi Partiyasının sədri Mixail Saakaşvili ehtiyac yaranarsa, Ukraynanın baş naziri olmağa hazır olduğunu bəyan edib.

APA-nın “NewsONE” telekanalına istinadən verdiyi məlumata görə, bundan öncə dəfələrlə Ukraynada hər hansı vəzifənin ona lazım olmadığını bildirən M. Saakaşvili bu gün Kiyevdə Ali Radanın binası qarşısında keçirilən aksiyada deyib ki, Ukraynaya yeni hakimiyyət lazımdır.

M. Saakaşvili birlikdə yeni hökuməti yaratmalı olduqlarını vurğulayıb: “Mən sizinlə birlikdə yeni prosesə rəhbərlik etməyə və əgər lazım olarsa, bu hökumətə başçılıq etməyə hazıram”.

M. Saakaşvili dekabrın 3-də “xalq impiçmenti”nə başlayacaqlarını bildirib: “Mən ölkəni gəzəcəm və insanları dinc mübarizəyə səsləyəcəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...