"Wall Street Journal" FED-in yeni rəhbərinin adını açıqlayıb

"Wall Street Journal" FED-in yeni rəhbərinin adını açıqlayıb
Cerom Paeull Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) yeni rəhbəri olacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri öz mənbələrinə istinadən yazır. C. Pauell hazırda FED-in İdarəedicilər Şurasının üzvüdür.

Jurnalın yazdığına görə, Ağ ev C. Paeulli xəbərdar edib ki, D. Tramp onun namizədliyini FED rəhbəri vəzifəsinə irəli sürəcək. FED-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevral ayında başa çatır.

Bundan öncə D. Tramp bəyan edib ki, FED-in yeni rəhbərinin adı cümə axşamı açıqlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...