Kataloniya separatçılarının lideri Madridin qərarına tabe olmur

Kataloniya separatçılarının lideri Madridin qərarına tabe olmur

Kataloniya hökumətinin vəzifəsindən kənarlaşdırılmış keçmiş rəhbəri Karles Puçdemon İspaniya hökumətinin bu qərarını tanımadığını bildirib.

APA-nın “El Pais”ə istinadən verdiyi xəbərə görə, K. Puçdemon regionun müstəqilliyi üçün dinc mübarizəyə çağırıb: “Biz azad dövlətin yaradılması üzərində işi davam etdirəcəyik”.

Separatçı lider bəyan edib ki, İspaniya hökumətinin qərarları Kataloniyanın iradəsinə ziddir.

“El Mundo” yazıb ki, K. Puçdemon vəzifəsini tərk etməkdən imtina edərsə, onu 1 ildən 3 ilə qədər həbs gözləyə bilər.

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də müstəqilliyini elan edib. İspaniya Senatı isə Konstitusiyanın 155-ci maddəsi əsasında regionda birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bu qərardan sonra Kataloniya parlamenti və hökuməti buraxılıb. Bu gün İspaniya baş nazirinin müavini Mariya Sorayya Saenz de Santamariya Anton Kataloniyanın müvəqqəti rəhbəri təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...