Gürcü nazir Çovdarovun güllələndiyi yerdə – Cinayət işi açıldı

Gürcü nazir Çovdarovun güllələndiyi yerdə –

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndindən bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onun yanında olan üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb.

Gundeminfo.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in rəsmi saytına məlumat yerləşdirilib.
Bildirilib ki, oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndində “Gürcü Arzusu” Partiyasının seçki qərargahının qarşısında naməlum şəxslər 4 nəfərə avtomatik silahdan atəş açıb: “Yaralı şəxslər təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükə yoxdur. Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi – qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq işinə başlanılıb.

Gürcüstan daxili işlər naziri insidentdən dərhal sonra Giorgi Mqebrişvili hadisə yerində olub, aparılan istintaqın detalları və yaralıların vəziyyəti ilə tanış olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...