Ədoğandan Bərzaniyə xəbərdarlıq: “Yeməyə heç nə tapa bilməyəcəksiz”

Ədoğandan Bərzaniyə xəbərdarlıq:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”a münasibət bildirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan “referendum” keçirənlərə xəbərdarlıq edib:

“İsraildən başqa bunu dəstəkləyən ölkə və beynəlxalq qurum yoxdur. Bu, bölgədə yeni münaqişə ocağının yaranacağından xəbər verir. Sən İsraillə nə edəcəksən? Sanksiyaları tətbiq etməyə başladıqda ortada qalacaqsınız. Əgər neft xəttini bağlasaq, iş bitəcək. Tırlar İraqın şimalında işləmədiyi vaxtdan yeməyə bir şey tapa bilməyəcəklər. Sanksiyaları tətbiq etməyə məcburuq. Bunlara İsrail nəyi və haradan göndərəcək?”.

Ərdoğan əlavə edib ki, hazırda İraq Kürdüstanı ilə iqtisadi əməkdaşlıq, təhlükəsizlik və digər məsələlər müzakirə edilir: “Ümid edirəm ki, bunların heç birinə ehtiyac qalmaz. İraq Kürdüstanı hökuməti ağlını başına yığıb, bu, sonu qaranlıq olan macəradan əl çəkər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...