Nyu-York prokurorluğu türkiyəli keçmiş nazir barədə həbs qərarı qəbul edib

Nyu-York prokurorluğu türkiyəli keçmiş nazir barədə həbs qərarı qəbul edib
ABŞ-da Nyu-York prokurorluğu Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın həbsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri yazır.

Bundan başqa, “Xalq Bank”ın (Türkiyə) keçmiş rəhbəri Süleyman Aslanın həbsi barədə də qərar verilib.

Qeyd edək ki, bir neçə gün öncə Nyu-York prokurorluğu türkiyəli keçmiş nazir barəsində İran iqtisadiyyatının inkişafına dəstək göstərmək, eləcə də çirkli pulların yuyulması ittihamları ilə cinayət işi qaldırmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...