ABŞ-da hərbi bazadan 1 milyon dollarlıq silah-sursat oğurlanıb

ABŞ-da hərbi bazadan 1 milyon dollarlıq silah-sursat oğurlanıb
ABŞ-ın Kentukki ştatında “Fort-Kempbell” hərbi bazasının anbarlarından 1 milyon dollar məbləğində silah-sursat oğurlanıb. APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, oğurlanan silah-sursatın bir qismi “qara bazarda”, qalanı isə “eBay” vasitəsi ilə satılıb. Məlumata əsasən, müxtəlif silah və avadanlıqlar Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada sahibini tapıb.

Anbarlardan oğurlananlar arasında pulemyot və tüfənglər, gülləkeçirməyən zirehli gödəkçələr (bronejilet), dəbilqələr, optik nişangahlar, generatorlar, tibbi avadanlıqlar və s. olub. Hadisə ilə əlaqədar saxlanılan 6 hərbçi və 1 mülki şəxs cinayəti törətdiklərini etiraf edib, istintaqla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...