“Rusiya Ukraynanı milliyyətçi ölkəyə çevirdi” - Volker

“Rusiya Ukraynanı milliyyətçi ölkəyə çevirdi” -

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Rusiyanın fəaliyyəti nəticəsində Ukraynanın milliyyətçi və Avropa yönümlü ölkəyə çevrildiyini bildirib.

BakuPost.az xəbər verir ki, o bu barədə o, Deutsche Welle nəşrinə verdiyi müsahibəsində bildirib.

"Düşünürəm ki, Rusiya Ukraynanı özünün nüfuz sahəsi kimi orbitində saxlamağa ümid edirdi. Amma reallıqda onlar daha milliyyətçi, birləşmiş və Avropa yönümlü bir Ukrayna yaratdılar. Bu isə, düzünü desək, heç də Rusiyanın maraqlarına uyğun gəlmədi”, - Volker bəyan edib.

Bir gün isə öncə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Ukraynanın nə Avropa İttifaqına, nə də NATO-ya aidiyyatının olduğunu vurğulamışdı.

"Dostum Poroşenko bir neçə gün öncə bəyan edib ki, Ukrayna-Avropa İttifaqı, Ukrayna-NATO deməkdir. Amma Ukraynanın nə Aİ, nə də ki NATO-ya aidiyyatı var. Bunu hamı bilməlidir”, - Yunker bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...