2 min nəfər dəhşətli qasırğadan xilas edildi, ölənlərin sayı isə artır FOTOLAR

2 min nəfər dəhşətli qasırğadan xilas edildi, ölənlərin sayı isə artır

ABŞ-ın Texas ştatında hakim olan Harvey qasırğasından zərər görənlərin sayı artır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qasırğa böyük selə səbəb olub və 2 min nəfər xilas edilib. Ölənlərin sayı isə 5 nəfərə çatıb. Su altında qalan maşınlarda çox sayda cəsədin olması istisna edilmir.

Başlanğında 5 dəhşətli qasırğa dərəcəsindən 4-cü sırada qərarlaşan Harvey 1-ci dərəcəyə düşüb, lakin tropik qasırğaya çevrilərək özü ilə güclü yağışlar və dəhşətli sel hadisələri gətirib.

Şəhərdə axtarış-xilasetmə tədbirləri hələ də davam etdirilir.

Qeyd edək ki, qasırğa əraziyə çatmamışdan əvvəl 2 milyon insan sığınacaqlara yerləşdirilmiş, insanlar evlərini tərk etmiş, uçuşlar təxirə salınmışdı. Qasırğa səbəbilə ABŞ-ın körfəzdəki neft istehsalı 24% azalıb.

Prezident Donald Trampın sabah əraziyə səfər edəcəyi gözlənilir.


2 min nəfər dəhşətli qasırğadan xilas edildi, ölənlərin sayı isə artır
2 min nəfər dəhşətli qasırğadan xilas edildi, ölənlərin sayı isə artır
2 min nəfər dəhşətli qasırğadan xilas edildi, ölənlərin sayı isə artır
2 min nəfər dəhşətli qasırğadan xilas edildi, ölənlərin sayı isə artır
2 min nəfər dəhşətli qasırğadan xilas edildi, ölənlərin sayı isə artır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...