Ermənistanda güclü partlayış - Zavod yanır (VİDEO)

Ermənistanda güclü partlayış -

Ermənistanda “Nairid” zavodunda partlayış baş verib.

AzVision.az xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, bu gün saat 13:10 radələrində İrəvanın Şenqavit rayonunda “Nairid-1” zavodunun anbarında partlayış olub.

Partlayış böyük yanğına səbəb olub. Hadisə yerinə 6 yanğınsöndürmə briqadası göndərilib.

Bundan əlavə yanğın baş verən əraziyə çoxlu sayda xilasetmə, polis, yanğınsöndürmə və təcili yardım briqadaları göndərilib.

Hazırda yanğın davam edir. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...