Gündüz Məmmədov Krım gözəlini tutmaq istəyir
Rusiya Dövlət Dumasının deputatı, Krımın keçmiş prokuroru Natalya Poklonskaya azərbaycanlı prokuror Gündüz Məmmədovun hədəfindədir.
Virtualaz.org xəbər verir ki, Ukrayna tərəfdən Krım muxtar respublikasının prokuroru təyin edilən Gündüz Məmmədov Poklonskaya barədə iki cinayət işi qaldırıb. Bunlardan biri “dövlətə xəyanət”, ikincisi vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə qaldırılıb.
Natalya Poklonskaya Krımın ilhaqı zamanı Rusiyanın tərəfinə keçib, o, “Krım naş” ifadəsi ilə məşhurlaşıb. Sosial şəbəkələr Krımın Rusiyaya birləşdirilməsindən sonra mətbuat konfransı keçirib Ukrayna rəhbərliyi barədə cinayət-prosessual məcəllənin terminləri ilə zəngin açıqlamalar verən, gənc və yaraşıqlı Poklonskayanı “Krım naş” ifadəsinə görə tezliklə məşhurlaşdırıblar. Daha sonra bu ifadə sosial şəbəkələrdə və mediada trendə çevrilib. Poklonskaya Kremlin sevimlisinə çevrilib və onu əvvəlcə Moskvaya vəzifəyə təyin ediblər, daha sonra seçkilərdə Dövlət Dumasının deputatı mandatı qazandırıblar.
Gündüz Məmmədova gəldikdə isə o, Odessa prokurorluğunda işləyib, şəhər prokuroru, vilayət prokurorunun müavini olub. Bir il əvvəl isə G.Məmmədovu inzibati ofisi Kiyevdə yerləşməklə Krım muxtar respublikasının prokuroru təyin ediblər.
G.Məmmədov bu vəzifəyə təyin edilməsinin bir illiyi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Natalya Poklonskaya həm dövlətə xəyanət edib, həm Krım tatarlarnın Məclisinin fəaliyyətinə qanunsuz olaraq qadağa qoyub. Onun sözlərinə görə, Poklonskaya barədə daha bir neçə cinayət epizodu araşdırılır və toplanan materiallar rəsmi ittihamın irəli sürülməsi üçün Ukrayna Baş prokurorluğuna təqdim ediləcək.
1097 dəfə oxundu