Alimlərin yeni kəşfi — Marsda gecələr qar yağır

Alimlərin yeni kəşfi —

Alimlər Marsda gecələr qar yağdığını bildiriblər. "Ölkə.Az" xəbər verir ki, "Centre National de la Recherche Scientifique" mərkəzinin amerikalı və fransız tədqiqatçıları Qırmızı Planetdə gecələr qar yağdığını müəyyən ediblər.

Alimlərin fikrinə əsasən Marsın arxa tərəfində, 10-20 km hündürlükdə quru buz və ya donmuş karbon qazından buludlar yaranır. Günəş batdıqdan sonra buzun bir hissəsi planetin üzərinə enir və güclü külək əsl qar fırtınası yaradır.

Tədqiqatçılar qeyd ediblər ki, qarın yüksək sürətlə hərəkəti qədim Mars atmosferində suyun yoxa çıxma səbəblərindən biri ola bilər. Yeni kəşf Mars və digər kosmik obyektləri daha yaxşı tədqiq etməyə imkan yaradacaq.

Qeyd edək ki, 2008-ci ildə "Phoenix" Mars aparatının köməyi ilə planetdə qar yağışı qeydə alınıb. Qarın analizindən sonra onun tərkibində donmuş su kristalları aşkar edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...