Ermənistanda hakim barəsində cinayət işi başlandı - külli miqdarda rüşvət ittihamı

Ermənistanda hakim barəsində cinayət işi başlandı -
Ermənistanda Xüsusi İstintaq Xidməti külli miqdarda rüşvət almaqda təqsirləndirilən hakim barəsində cinayət işi başlayıb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, A.S. adlı şəxs istintaqa bildirib ki, 2005-ci ildə atasına məxsus ev və torpaq sahəsinin satışı ilə bağlı rəsmiləşdirmə zamanı səhvə yol verilib.

Onlar bununla əlaqədar məhkəməyə müraciət etsələr də, məhkəmə şikayəti təmin etməyib.

Atasının sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışının vasitəçiliyi ilə İnzibati Məhkəmənin hakimi ilə danışıqlar aparılıb, tərəflər rüşvət qarşılığında məsələnin həlli barədə razılığa gəliblər.

Bu məqsədlə onlar vasitəçiyə 10 min dollar veriblər. Vasitəçi isə 3 min dolları özünə götürüb, qalanını isə hakimə verib.

Faktla bağlı cinayət işi başladılıb.

Hakimin adı açıqlanmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...