İnsanlar Marsa köçməli olacaq

İnsanlar Marsa köçməli olacaq

"Amerika Milli Kosmik Agentliyi" (NASA) Marsın məskunlaşma planını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, məskunlaşma proqramı çərçivəsində ilk astronavtların qırmızı planetə köçürülməsi 2030-cu ildə baş tutacaq. Bu da planetin mənimsənilməsində birinci addım olacaq. NASA rəhbərinin sözlərinə görə, insanlar istənilən halda Yeri tərk etməli olacaqlar. "Mars isə bunun üçün ən əlverişli planetdir".

İlk insanlar köçürüləndən sonra Marsın insanlar tərəfindən kütləvi məskunlaşmasına başlamaq haqqında danışmaq olar.

Bununla əlaqədar Yerin təbii peyki olan Aya asteroid "yaxınlaşdırılacaq". Bu asteroid Marsa müxtəlif cihazların buraxılması üçün təcrübə bazası olacaq. Həmçinin qeyd edilir ki, gələcəkdə qırmızı planetə idarə edilən gəmilər məhz bu asteroiddən buraxılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...