Qətər 80 ölkə ilə vizanı ləğv edir

Qətər 80 ölkə ilə vizanı ləğv edir
Qətər rəhbərliyi 80 ölkəyə azad viza sistemi tətbiq edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Qətər hava yolları, Daxili İşlər Nazirliyi və Qətər Turizm sektorunun nümayəndələrinin keçirdiyi ortaq mətbuat konfransında bildirilib.

Turizm sektorunun nümayəndəsi Həsən əl-İbrahimi vizadan azad olan ölkələrin müəyyən kriteriyalara əsasında seçildiyini, siyahıya mərhələli şəkildə yeni ölkələrin əlavə olunacağını deyib.

Həməd Beynəlxalq hava limanı pasport müdiri Rəşid əl-Məzrui isə viza sərbəstliyi verilən ölkələrin Qətərə girişləri zamanı heç bir məbləğ ödəməyəcəklərini qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...