“2018-ci ilin yanvarında dövlət olacaqsınız” – ABŞ PKK/PYD-yə söz verdi

“2018-ci ilin yanvarında dövlət olacaqsınız” –

Dövlət Departamenti və Pentaqonun yüksəkvəzifəli mülki və hərbi personalının daxil olduğu heyət Suriyanın Ayn İsa şəhərində PYD-nin vacib simaları ilə görüşüblər.

Avropa.info xəbər verir ki, terror təşkilatı PKK/PYD-nin komandir və mülki idarəçilərinin iştirak etdiyi görüşün əsas mövzusu Şimali Suriya Federasiyası (PKK muxtar dövləti) olub.

ABŞ kürdlərə “PYD-yə 6 ay içində legitim dövlət və beynəlxalq subyekt statusu veriləcək. Hakim olduğunuz ərazilərdə seçkiyə hazırlaşın. 2018-cilin yanvarında Suriyanın şimalında keçiriləcək referendum ilə dövlət olacaqsınız” vədi verib.

Suriya PKK-na hərbi və siyasi dəstəyini hər gün artıran Ağ Ev hakimiyyəti üç saatlıq görüşdə PYD-yə yol xəritəsi haqda məlumat verib. Görüşdə ABŞ Dövlət Departamenti mülki əlaqələr rəsmisi Aleks Star, siyasi məsələlər üzrə nümayəndəsi Kanberli Belli və Beynəlxalq Koalisiya Xüsusi Qüvvələr komandiri Tom Krik iştirak edib. PYD-ni isə Həsən Məhəmməd Əli, İlham Əhməd, Əbdülqadir Müvahhid, Cihan Şeyx Əhməd, Talel Sülo və Leyla Mustafa kimi yüksəkvəzifəli şəxslər təmsil edib. ABŞ Suriyanın şimalında PYD-nin yeganə həqiqi qüvvə olacağını və bütün qruplaşmaların bir çətir altında toplaşmalı olduğunu iddia edib.

Əsas qüvvənin PKK olacağı federasiya layihəsində ərəb qəbilələrinin nümayəndələri də iştirak edib.

“Bir müddət Türkiyənin başı qarışmalıdır. PKK/PYD-nin Suriyanın şimalında legitim dövlət statusu əldə etməsi sizə məxsus bölgələrə hücum ehtimalını ortadan qaldıracaq və Türkiyə təhdid olmaqdan çıxacaq. Bunun üçün daha bir neçə aya ehtiyac var” – Ayn İsa qəsəbəsinə gələn amerikalı rəsmilər belə deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...