“Hazır olan kimi Ukraynaya qayıdacam” –

“Hazır olan kimi Ukraynaya qayıdacam” –

Sabiq Odessa qubernatoru Mixail Saakaşvili Ukraynaya qanunsuz şəkildə qayıtmayacağını bəyan edib.

Avropa.info xəbər verir ki, Saaakşvili hal-hazırda Ukraynanın qanunvericiliyini tədqiq etdiyini bildirib.

“Qanunvericiliyi öyrənirəm, hazır olan kimi Ukraynaya qayıdacam. Hakimiyyət milyonlarla ukraynalının fikrini görməməzlikdən gələ bilməz. İstəyirəm ki, Ukrayna Avropa dövləti olsun. Mən də bu prosesin bir hissəsi olmaq istəyirəm” – o, belə deyib.

Saakaşvili deyib ki, bu gün Polşanı tərk edir, lakin o, hara gedəcəyini bildirməyib. Sabiq qubernator Avropada səyahət edəcəyinə işarə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...