Avropa cəhənnəm istisi yaşayır - 47 dərəcə isti və ölənlər

Avropa cəhənnəm istisi yaşayır -
Avropanın 11 ölkəsində havanın temperaturu müsbət 40 dərəcəni ötüb, bəzi regionlarda havanın hərarəti 47 dərəcəyədək yüksəlib.

APA-nın xəbərinə görə, bu barədə “The Guardian” qəzeti yazıb.

Məlumata əsasən, meteoroloqlar yaxın günlərdə isti havaların davam edəcəyini proqnozlaşdırır. Anomal istilər İtaliya, İsveçrə, Macarıstan, Polşa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya və Serbiyada gözlənilir.

Qeyd edək ki, Avropada son temperatur rekordu 1977-ci ildə qeydə alınıb. O zaman Yunanıstanın paytaxtı Afinada havanın hərarəti müsbət 48 dərəcə təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...