15 min erməni yoxa çıxdı - İrəvan TƏŞVİŞ İÇİNDƏ

15 min erməni yoxa çıxdı -

Son bir ildə Ermənistan əhalisi 15200 nəfər azalıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Ermənistanın milli statistika xidmətinin məlumatında deyilir. Məlumata görə, hazırda Ermənistan əhalisinin sayı 2 milyon 979 mindir. “2016-cı illə müqayisədə erməni əhalisinin sayı 15200 nəfər azalıb. Ümumi artım isə 2,5 min olub. Bu mənfi saldodur”, - deyə rəsmi məlumatda qeyd olunur.

Bununla yanaşı, şəhərlərdə yaşayan əhali 7,7 min azalaraq, 1898000 olub. İrəvanda isə 1075100 əhali yaşayır. Kəndlərdə də əhalinin sayı 7,5 min azalaraq, 1081900 olub.

2017-ci ilin yanvar-iyun ayı ərzində Ermənistanda yeni doğulan uşaqların sayı 6,6 faiz (17169) azalıb.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan yeni seçilmiş parlamentin ilk iclasında çıxışı zamanı demoqrafik problemin aradan qaldırılması haqda söz vermişdi. Sarkisyan həmçinin qeyd etmişdi ki, 2040-cı ilə qədər erməni əhalisinin sayı 4 milyon olmalıdır. Lakin statistika rəqəmlər Sarkisyanın sözlərinin ritorika olduğunu göstərir./Publika.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...