OPEC-in təcili iclası keçiriləcək

OPEC-in təcili iclası keçiriləcək

Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan neft hasilatçıları avqustun 7-8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində təcili iclas keçirəcək. Gundeminfo.az report-a istinadən xəbər verir ki, bu barədə OPEC məlumat yayıb.

Məlumatda deyilir ki, iclasa Küveyt və Rusiya nümayəndələri sədrlik edəcək. Əsas müzakirə opbyekti təşkilata üzv ölkələrin öhdəliklərini tam yerinə yetirməməsi məsələsi olacaq. İclasa dəvət olunan ölkələrin hamısı hələ ki, iştirak edəcəklərini təsdiqləməyiblər.

OPEC-in monitorinq komitəsinə üzv olan Əlcəzair və Venesuela böyük ehtimalla iclasa qatılmayacaq. Beynəlxalq Energetika Agentliyinin (İEA) məlumatına görə bu iki ölkə öz öhdəliklərinə orta hesabla, müvafiq olaraq 70% və 39% əməl ediblər. Digər problemli ölkələr isə İraq və BƏƏ-dir ki, onlar da öhdəliklərini müvafiq olaraq 29% və 60% yerinə yetiriblər.

İEA-dan verilən məlumatda həmçinin bildirilir ki, iyun ayında OPEC+ neft hasilatının azaldılması anlaşması üzrə öhdəlik ümumiyyətlə 78% yerinə yetirilib. May ayında bu göstərici 95% təşkil edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...